BAKI, 21 iyul. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Nabran kəndində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
"Hazırda vətəndaş-2008-ci il təvəllüdlü Xalidova Arzu Zaur qızının batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək", - məlumatda vurğulanıb.