“Neftçi” rusiyalı futbolçu Reziuan Mirzovla yollarını ayırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümün əvvəlində komandaya cəlb edilmiş futbolçu “Neftçi”də 25 matça çıxıb, 1 qol vurmuşdu.

Onun “Ximki”yə geri qayıtdığı bildirilir.