"Barselona" klubunun futbolçusu Xavi Hernandez komanda yoldaşları Lionel Messi və Andres İniyesta haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, "AS" qəzetinə danışan Xavi Messini dünyanın, İniyestanı isə İspaniyanın ən yaxşısı adlandırıb:

"Messi dünyanın ən yaxşı futbolçusudur. O, digər futbolçulardan güclüdür və müqayisə olunmazdır. İniyesta isə İspaniya futbol tarixinin ən istedadlı futbolçusudur. Onun "Barselona" üçün etdikləri göz qabağındadır".