
UFC 2018-ci ilin ən yaxşı döyüşçüsünün adını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, UFC bu ada italiyalı idmançı Daniel Kormeni layiq görüb.
Korme ağır çəkidə, iki çempion kəmərinə sahib olan irland döyüşçü Konor Makqreqordan sonra ən yaxşılarından sayılır.
Daniel Korme keçən il keçirdiyi 3 görüşün hər birindən qalib ayrılıb.
İtaliyalı ESPN və UFC-nin ağır çəkili döyüşçüləri arasında ən yaxşısı hesab olunur.
UFC 2018-ci ildə Konor Makqreqoru məğlub edərək, gözlənilmədən məşhurluğun ən yüksək pilləsinə qalxmış rusiyalı döyüşçü, UFC çempionu Həbib Nurməhəmmədovun adını siyahıya salmayıb.