AĞSTAFA, 22 avqust. TELEQRAF
Ağstafada qatarın üstünə çıxaraq "TikTok" sosial şəbəkəsi üçün video çəkərkən elektrik cərəyanı vuran şəxsin kimliyi məlum olub.
Teleqraf-ın Qərb bürosunun məlumatına görə, Yeniyetmə Ömər Nəsibovun vəziyyəti ağır olduğundan müalicə üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
***
02:31
Ağstafada azyaşlı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Teleqraf-ın Qərb bürosunun məlumatına görə, azyaşlı qatarın üzərinə çıxaraq “TikTok” sosial şəbəkəsi üçün video çəkmək istəyərkən onu elektrik cərəyanı vurub.
Yanıq xəsarətləri alan azyaşlı xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.