BAKI, 11 fevral. TELEQRAF

Bu gün saat 00:20 radələrində 2000-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, ona qarın divarının açıq yarası diaqnozu təyin olunub.

Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Məryəm Surxay

***

23:42

GƏNCƏ, 10 fevral. TELEQRAF

Gəncə sakini kəsici-deşici alətdən xəsarət alıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2000-ci il təvəllüdlü İltifat Xarafurz kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır.

Hadisənin səbəbləri araşdırılır.