BAKI, 3 dekabr. TELEQRAF
Ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 27 nəfər saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, onların 7-si Azərbaycan, 12-si Pakistan, 2-si İran, 1-i Əlcəzair, 1-i Özbəkistan, 1-i Almaniya, 1-i Türkiyə, 1-i Misir, 1-i Sudan vətəndaşı olub.