GƏNCƏ, 2 dekabr. TELEQRAF

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Samux rayon sakini, 1982-ci il təvəllüdlü Zülfiyyə Kərimova avtomobil tərəfindən vurularaq xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.