BAKI, 2 dekabr. TELEQRAF
Qusar şəhərində ümumi sahəsi 8 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.