BAKI, 2 dekabr. TELEQRAF

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 10 m², bitişik sahəsi 10 m² olan mətbəxin və talvarın yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Bakı şəhərinin Binəqədi rayonunda həyətyanı ərazidə ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.