BAKI, 2 dekabr. TELEQRAF

Zaqatala rayonunun Üçüncü Tala kəndində ümumi sahəsi 65 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Zərdab rayonunun Əlvənd kəndində yol kənarında dayanan qoşqunun yanar hissələri və qoşquya yığılan 15 ton ot bağlamsı yanıb.Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.