LAÇIN, 30 noyabr. TELEQRAF
Kəlbəcərdə açıq ərazidə baş verən yanğın hadisəsi genişlənərək Laçın rayonunun ərazisinə keçib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hazırda yanğın hadisəsi Laçın rayonun adsız yüksəkliklərində quru ot massivində davam edir.
Yanğın olan əraziyə FHN-nin Laçın, Kəlbəcər, Gəncə və Tərtər yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub.
Hazırda yanğınsöndürənlər yanğınsöndürmə əməliyyatlarını davam etdirir.