AĞDAŞ, 29 noyabr. TELEQRAF

Qəza zamanı 1988-ci il təvəllüdlü Cümşüdova Leyla Rövşən qızının da xəsarət aldığı müəyyən olunub. Onun hazırda reanimasiyada olduğu bildirilir.

***

Ağdaşda qəza olub, yaralanan var.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə rayonun Şıxlı kəndi ərazisində baş verib.

Belə ki, “Hyundai” minik və “Mercedes” markalı yük avtomobilləri toqquşub. Nəticədə xəsarət alan minik avtomobilinin sürücüsü, 57 yaşlı Azər Osmanov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.