BAKI, 17 noyabr. TELEQRAF
Lənkəranda 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, noyabrın 15-də Lənkəran rayonu Göyşaban kəndi ərazisində fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfərin yanmış meyiti aşkar edilib.
Faktı üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.