BAKI, 17 noyabr. TELEQRAF

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 17 kiloqram 235 qram narkotik vasitə (14 kq 85 qram marixuana, 3 kq 120 qram metamfetamin, 30 qram tiryək) və 500 ədəd narkotik tərkibli metadon M-40 həbinin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1987-ci il təvəllüdlü Orucov Azər Məhərrəm oğlu şübhəli şəxs qismində saxlanılıb.

İlkin dindirmə zamanı saxlanılan şəxs həmin əraziyə narkotik vasitəni götürmək məqsədilə gəldiyini etiraf edib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.