AĞCABƏDİ, 16 noyabr. TELEQRAF
Ağcabədidə baş verən zəncirvari qəza zamanı 56 yaşlı sürücü ölüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağcabədi şəhər ərazisində baş verib. Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil qarşıdan gələn "Opel" markalı avtomobillə toqquşub, daha sonra yol kənarında dayanan "Mercedes"ə çırpılıb. Nəticədə "VAZ"ın sürücüsü hadisə yerində ölüb.
"Opel"in sürücüsü Saməddin adlı şəxs isə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır