TOVUZ, 16 noyabr. TELEQRAF

Tovuzda qidadan zəhərlənənlər evə buraxılıblar.

Teleqraf-ın Qərb bürosunun məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən bir ailənin 4 üzvü göstərilən tibbi yardımlardan sonra evə buraxılıblar.

Onların pendirdən zəhərləndikləri ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

***

17:17

Tovuz rayonunda qida zəhərlənməsi nəticəsində bir ailənin dörd üzvü xəstəxanaya yerləşdirilib.

Teleqraf-ın Qərb bürosunun məlumatına görə, hadisə Qovlar qəsəbəsində baş verib.

Zərərçəkənlər — 1986-cı il təvəllüdlü Ramal İslam oğlu Əhmədov, 1989-cu il təvəllüdlü Vüsalə Namiq qızı Hüseynova, 2010-cu il təvəllüdlü Dəniz Ramal oğlu Əhmədli və 2013-cü il təvəllüdlü Banu Ramal qızı Əhmədli — tibbi yardım alıblar.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

İlkin ehtimallara görə, ailə üzvlərinin pendirdən zəhərləndikləri güman olunur.

Faktla bağlı araşdırma aparılır.