LƏNKƏRAN, 16 noyabr. TELEQRAF

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının 164-cü kilometrində, Girdəni kəndi ərazisində baş verib.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili Astara rayonunun Siyəkü kənd sakini, 1976-cı il təvəllüdlü Habil Gülağa oğlu Zəhidovun idarə etdiyi “DAF” markalı ağır tonajlı yük maşını ilə toqquşub.

Qəza nəticəsində “VAZ-2107”də olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə çatdırılaraq hospitalizasiya olunublar.

İlkin ehtimallara görə, qəza minik avtomobilinin əks hərəkət zolağına çıxması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.