GƏDƏBƏY, 16 noyabr. TELEQRAF
Gədəbəydə 37 yaşlı Rəşad İlyasov bıçaq xəsarətləri ilə xəstəxanaya aparılıb.
Teleqraf-ın qərb bürosu xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Cinayətin törədilməsində onun atası, 59 yaşlı İlqar İlyasov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.