GÖYGÖL, 12 noyabr. TELEQRAF

Göygöl rayonunda avtomobilin ağaca çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə nəticəsində rayonun Hacıməlik kənd sakinləri 2003 cü il təvəllüdlü Fuad Əsgərov, onun həmyaşıdı Elgün Tağıyev, 2002-ci il təvəllüdlü Hikmət Yusifov və onun qardaşı İsmət Yusifov müxtəlif dərəcəli bədən xəsarərləri ilə Gəncədə yerləşən xəstəxanaya yerləşdirilib.

Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.