BAKI, 5 oktyabr. TELEQRAF
Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Teleqraf-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verib.
Zəlzələ yerli vaxtla saat 05.36-da Xəzər dənizində Astara stansiyasından 13 km cənub-şərqdə qeydə alınıb, zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.