BAKI, 4 oktyabr. TELEQRAF
Türkiyədə zəlzələ qeydə alınıb.
Teleqraf-ın xəbərinə görə, bu barədə AFAD (Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Nazirliyi) məlumat yayıb.
Bildirilir ki, Kütahyanın Simav rayonunda yerli vaxtla səhər saat 6:49-da 4,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələ 10,4 kilometr dərinlikdə olub.