BAKI, 3 oktyabr. TELEQRAF

03.10.2025-ci il tarixində saat 21:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə (2-si kişi, 1-i qadın cinsli) ilkin tibbi yardım göstərilib və müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub", - deyə məlumatda qeyd olunur.

22:26

Bu gün saat 21:30 radələrində Bakıda Su İdman Sarayının qarşısında yol qəzası baş verib.

Teleqraf xəbər verir ki, hadisə Bakı-Salyan şosesinin Səbail rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" markalı, 77-UM-421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "Opel" markalı 50-EE-287 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Faktla bağlı araşdırma aparılır.