BAKI, 3 oktyabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə rayonu, Bala Ərəblər kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ-2106" minik avtomobilinin idarəetməni itirərək dərinliyi 5 metr olan dərəyə aşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Mustafazadə Elgün İntiqam oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
15:47
BƏRDƏ, 3 oktyabr. TELEQRAF
Bərdədə avtomobil kanala düşüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Yuxarı Qarabağ kanalının Bərdə rayon Bala Ərəblər kəndi ərazisindən keçən hissəsində baş verib.
2000-ci il təvəllüdlü Elgün İdris oğlu Mustafazadə idarə etdiyi "VAZ"2106 markalı 02 BZ 106 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı kanala düşüb. Sürücü E.Mustafazadə aldığı zərbədən ayağının sındığı bildirilir.
Hadisə yerinə FHN-in xilasediciləri gəlib, sürücünün çıxararaq aidiyyəti üzrə təhvil verib.
Avtomobilin kanaldan çıxarılması prosesi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır