BİLƏSUVAR, 3 oktyabr. TELEQRAF
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, qəza Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Arazbari kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı "VAZ-2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.