GƏNCƏ, 3 oktyabr. TELEQRAF
Gəncədə maşınla vurulan qadın ölüb.
Teleqraf xəbər verir ki, Gəncədə piydanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1985-ci il təvəllüdlü Aytən Nəsirova xəstəxanada ölüb. Qadın tibb müəssisəsinə çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanılıb.
***
14:05
Gəncədə piydanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 1985-ci il təvəllüdlü Aytən Nəsirovanı maşın vurub.
Qadın müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağrdır.
Faktla bağlı araşdırma başlanılıb.