BAKI, 3 oktyabr. TELEQRAF

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş 59 yaşlı Nurməhəmməd Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Teleqraf-a bildirilib ki, onun üzərindən və gizlətdiyi yerdən ümumilikdə 11 kiloqram narkotik vasitə olan marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.