BAKI, 26 sentyabr. TELEQRAF

Ekspert İlham İsmayıl sərbəst buraxılıb.

Teleqraf xəbər verir ki, ekspertin barəsində araşdırma aparılıb. İzahatı alınandan sonra o, sərbəst qalıb.

Qeyd edək ki, İlham İsmayıl ötən gün Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılmışdı.

İddialara görə, İ. İsmayıl zərərçəkmişə Almaniyadan avtomobil gətirəcəyi barədə vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan “Range Rover” olub.