BAKI, 26 sentyabr. TELEQRAF
Lənkəranda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Kərgəlan kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli kafenin tavanı 15 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 15 m² olan hinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.