BAKI, 26 sentyabr. TELEQRAF

Bakının Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin dəhlizində divara quraşdırılan ümumi sahəsi 10 m² dolab və içərisində olan əşyalar yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.