1999-cu il təvəllüdlü Coşqun Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil sentyabrın 25-də, saat 00:30 radələrində Şəki şəhəri ərazisində yolu keçən piyadanı vurub.
Teleqraf xəbər verir ki, 1997-ci il təvəllüdlü Hasil Əsgərov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb. Coşqun Məmmədov şübhəli şəxs qismində saxlanılıb.