MİNGƏÇEVİR, 26 sentyabr. TELEQRAF

Mingəçevirdə yük maşını minik avtomobili ilə toqquşub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Kür çayı üzərindən keçən nəqliyyat körpüsü üzərində baş verib.

"İsuzi" markalı yük maşınının minik avtomobili ilə toqquşması körpü üzərində tıxaca səbəb olub. Hadisədə xəsarət halının olub-olmadığı dəqiqləşdirilir.

Digər bir hadisə az zaman fərqi ilə Üzeyir Hacıbəyov küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsində baş verib. Qəza zamanı maşınlara zərər dəysə də, xəsarət alan olmayıb.