GƏNCƏ, 26 sentyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi inzibati binada yanğın baş verməsi barədə məlumat yayıb.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, Gəncə şəhərində ümumi sahəsi 1200 m² (hər mərtəbəsi 400 m²) olan üçmərtəbəli inzibati binanın zirzəmisində sahəsi 100 m² olan qarajda 2 paq.m elektrik kabeli yanıb.

İnzibati bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

09:41

Bu gün səhər saatlarında Atatürk prospektində yerləşən Gəncə Şəhər Məhkəməsinin zirzəmisində yanğın baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə yerinə 4 yanğınsöndürən cəlb olunub.

Zirzəmidə qurğulardan birinin yanması nəticəsində baş verən yanğın söndürülüb.