TOVUZ, 26 sentyabr. TELEQRAF

Tovuz rayonu Abulbəyli kəndində fərdi yaşayış evində yanğın olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Mənsurə Məmmədovaya məxsus evdə yanğın baş verib.

Hadisə yerinə Tovuz rayon Dövlət Yanğından Mühafizə İdarəsinin rəsmiləri cəlb olunub. Alov söndürülüb.

Faktla bağlı araşdırma başlanılıb.