BAKI, 25 sentyabr. TELEQRAF

Binəqədi və Sabunçu rayonlarında qızıl oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Binəqədi rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkmiş şəxs polisə müraciət edərək evindən 8500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı E.Rzayev müəyyən olunaraq saxlanılıb.

Analoji hadisə Sabunçu rayonunda da baş verib.

Evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.