BAKI, 19 sentyabr. TELEQRAF
Bakının Yasamal rayonu, Hüseyn Cavid prospektində zəncirvari avtomobil qəzası baş verib.
Teleqraf xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının həyətində baş verən qəza zamanı iki "Mercedes" və "Changan" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində daha bir neçə maşına da ziyan dəyib.