BAKI, 22 iyun. TELEQRAF

İyunun 20-də və 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 488 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 21,1 ton çəkidə 41192 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

***

09:48

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Dəmbəlov kəndi ərazisindəki meşə zolağında yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ümumi çəkisi 349 kiloqram olan 1520 ədəd xaş-xaş kolu məhv edilib.