BAKI, 18 sentyabr. TELEQRAF
Bakının Suraxanı rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Suraxanı rayonunda ümumi sahəsi 250 m² olan birmərtəbəli kafenin anbarının içərisində qida məhsulları, 1 ədəd qapı-pəncərə və anbarın dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.