BAKI, 17 sentyabr. TELEQRAF

Xocavənd rayonunda yanğın olub.

Fövqəladə Hallar nazirliyindən Teleqraf-a verilən xəbərə görə, hadisə rayonun Qarazəmi kəndində baş verib.

Məlumata görə, ümumi sahəsi 220 m² (1-ci mərtəbəsi 120 m², 2-ci mərtəbəsi 100 m²) olan ikimərtəbəli 5 otaqlı evin, bitişik sahəsi 50 m² talvarın, yaxınlıqdakı 30 m² yardımçı tikilinin yanar konstruksiyaları və içərisinə yığılan 1 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.