YEVLAX, 29 iyul. TELEQRAF
Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (6 qadın cinsli, 2 kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Teleqraf xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Məlumata görə mküxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan 7 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Kəllə sümüklərinin, sağ gicgah təpə nahiyəsinin sınığı diaqnozu təyin edilən pasiyentin müalicəsi isə müvafiq şöbədə davam etdirilir.
Onun vəziyyəti orta ağır qiymətləndirilir.
***
18:33
Yevlaxın Xaldan qəsəbəsi yaxınlığında baş vermiş yol-nəqliyyat hadiəsi nəticəsində bir ailənin üzvləri xəsarət alıblar.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, Anagül Həşimovanın idarə etdiyi "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı 1 azyaşlı olmaqla, 5 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Qəzaya düşən şəxslərin hamısının eyni ailənin üzvləri və yaxınları olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.