SAMUX, 10 iyul. TELEQRAF

Samux rayonu Çobanabdallı kəndində həyətyanı sahədə baş verən yanğın ətrafı bürüyüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində alov qonşu həyatyanı sahələrə, ağaclara, həmçinin yarım tikililərə keçib.

Hadisə yerinə Samux rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Alovun söndürülməsi istiqamətində iş aparılır.