
ZAQATALA, 5 iyul. TELEQRAF
Zaqatalada KİA markalı avtomobil yol kənarında dayanan “VAZ 2106" markalı "Jiquli"yə çırpılması zamanı ağır xəsarət alan sərnişin Xalidə Əliyeva xəstəxanada dünyasını dəyişib.
***
16:16
Zaqatala rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər (1-i qadın, 3-ü kişi cinsli olmaqla) bədənin müxtəlif dərəcəli travmaları ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Teleqraf xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda bildirilir.
Zərərçəkənlərə zəruri tibbi yardım göstərilir.
Bir nəfər dərhal əməliyyata alınıb, vəziyyəti stabildir. Digər 3 yaralının vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Bir nəfərin isə hadisə yerində ölüm faktı qeydə alınıb.
***
15:26
Zaqatalada KİA markalı avtomobil yol kənarında dayanan “VAZ 2106" markalı "Jiquli"yə çırpılması zamanı sürücü ölüb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə. rayonunun Muğanlı kəndi ərazisində Fəryad İbrahimov yüksək sürətlə idarə etdiyi KIA markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə F.İbrahimov avtomobili yol kənarında dayanan “VAZ-2106” markalı minik maşınına çırpıb. Baş verən hadisə zamanı avtomobilin yanında dayanan sürücü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı zərbə nəticəsində hadisə yerində həyatını itirib.
Həmçinin VAZ markalı avtomobildəki sərnişin, Xalidə Əliyeva, və KIA-nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da qəza zamanı müxtəlif dərəcəli xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.