ŞƏKİ, 5 iyul. TELEQRAF
05.07.2025-ci il tarixində saat 11:55 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ( 3-ü qadın cinsli , 1-i kişi cinsli olmaqla) hospitalizasiya olunub.
Teleqraf xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd olunub.
"Şəxslərin hər birinə zəruri ilkin tibbi yardım göstərilib, hazırda müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri stabil qiymətləndirilir", - deyə məlumatda bildirilib.
***
14:39
ŞƏKİ, 5 iyul. TELEQRAF
Şəkidə yük avtomobili minik avtomobili ilə toqquşub, iki azyaşlı qardaşlar xəsarət alıb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, yol-nəqliyyat hadisəsi Şəki-Qax yolunun rayonun Aşagı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mersedes" markalı minik avtomobili Göyçay rayon sakini 1979 cu il təvəllüdlü Muradov Anar Neymət oglunun idarə etdiyi "Ford Tranzit" markalı yük avtomobili ilə toqquşub.
Qəza zamanı iki azyaşlı 2002-ci il təvəllüdlü Cəmilli Musa Bəhruz oğlu və onun qardaşı 2003-cü il təvəllüdlü Cəmilli Harun Bəhruz oğlu Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.