BEYLƏQAN, 3 iyul. TELEQRAF
02.07.2025-ci il tarixində saat 07:55 radələrində Hacıqabul rayon Qarasu kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi nəticəsində 2 nəfər (cinsi kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 1989-cu il təvəllüdlü şəxsə sağ diz nahiyyəsinin əzilməsi,1961-ci il təvəllüdlü şəxsə isə başın sol gicgah nahiyyəsinin kəsilmiş, çapılmış yarası, bədənin küt travması diaqnozu təyin edilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"Onların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.
***
11:28
HACIQABUL, 3 iyul. TELEQRAF
Hacıqabulda "TIR" ilə "KamAZ" markalı yük avtomobili toqquşub.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax avtomagistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "TIR" markalı yük maşını qarşısında gedən "KamAZ" markalı yük maşınına çırpılıb.
İlkin məlumata görə, "TIR"ın sürücüsü Türkmənistan vətəndaşı olub və sükan arxasında yatdığından avtomobili digər yük maşınına çırpılıb. Nəticədə "KamAZ" markalı yük maşını yol kənarına yuvarlanıb, hər iki atomobil yararsız hala düşüb, sürücülər xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.