GƏNCƏ, 18 iyun. TELEQRAF

Gəncə şəhər 3-cü mikrorayon, 13-cü binanın arxasında yanğın baş verib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə zamanı binanın arxasında yerləşən tikili alovlanıb.

Əraziyə Gəncə Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb. Alovun binaya və ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb.