BAKI, 6 iyun. TELEQRAF
Keniyada yeddi yaşlı oğlan uşağı timsahın qurbanı olub.
Teleqraf xəbər verir ki, Linqan Lotux İsayya adlı uşaq dostları ilə Turkvel çayında çimərkən timsahın hücumuna məruz qalıb.
Timsah oğlanı suyun dərinliyinə çəkib aparıb.
Yerli sakinlərin və vəhşi təbiəti mühafizə xidmətinin iştirak etdiyi axtarış əməliyyatından sonra xilasedicilər uşağın tanınmaz hala salınmış cəsədini tapıblar. .
Qeyd edək ki, Turkvel çayı timsahların böyük populyasiyası ilə tanınır, lakin su kəmərinin olmaması səbəbindən yerli sakinlər risk edərək bu çaydan su götürməli olurlar. Hakimiyyət oraqnları valideynləri daha diqqətli olmağa çağırıb.