AĞDAŞ, 29 may. TELEQRAF

Ağdaşda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Teleqarf-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Aşağı Ləki kəndi ərazisində qeydə alınıb.

"Mercedes" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan 2017-ci il təvəllüdlü Nihat Mütəllimov və 1995-ci il təvəllüdlü Şəfəq Mütəllimova xəstəxanaya çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.