BAKI, 24 may. TELEQRAF

Ötən gün polis əməkdaşları tərəfindən itkin düşən şəxslərin tapılması üçün tədbirlər görülüb.

Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, mayın 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.