ŞƏMKİR, 23 may. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi Şəmkirdə baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, Şəmkir rayonunun Yeniabad kəndində ümumi sahəsi 150 m² olan köməkçi tikilinin tavanı 35 m² sahədə, ona bitişik olan talvarın atma taxtaları 100 m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
10:30
Şəmkirdə 4 otaqlı ev yanıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonunun Yeniabad kəndində qeydə alınıb.
Kənd sakini Mübariz Zamanova məxsus 4 otaqlı evdə yanğın olub.
Ümumi sahəsi 150 kv.m olan 4 otaqlı yardımçı tikilinin 1 otağının tavanı 35 kv.m sahədə digər otaqların qapı və pəncərələri və bitişik sahəsi 100 kv.m olan talvarın taxta atmaları yanıb.
Hadisə yerinə Şəmkir Dövlət Yanğından Mühafizə İdarəsinin yanğın söndürlənləri və canlı qüvvəsi cəlb olunub.
Edilən müdaxilə nəticəsində alov söndürülüb.
İlkin ehtimal görə, hadisəyə elektrik naqillərində yaranan qısa qapanma səbəb olub.