​BAKI, 22 may. TELEQRAF

Mayın 10-da Şirvan suvarma kanalının Ağdaş rayonu, Aşağı Ağcayazı kəndindən keçən hissəsində batması ehtimal edilən 1 nəfərin axtarışları yekunlaşıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində vətəndaşın meyiti Şirvan suvarma kanalının Göyçay rayonu, Bığır kəndi ərazisindən keçən hissəsində tapılıb və müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

***

17:58

Ağdaşda itkin düşən 66 yaşlı qadının meyti tapılıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, 9 may tarixində rayonun Ağcayazı kənd sakini Nazilə Əliabbas qızı Əkbərova yaşadığı evdən çıxaraq geri qayıtmamışdır.

Bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları N.Ələkbərovamın meytini Yuxarı Şirvan kanalının Göyçay rayon Bığır kəndi ərazisindən keçən hissəsində tapıb.

N.Ələkbərovanın meyti kanaldan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma adavam edir.